28 Oktyabr 2023 16:36
755
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın beynəlxalq hüquqla təsbit olunmuş tarixi ərazilərini öz gücü hesabına hərbi-siyasi yollarla azad etməsi, ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsi ermənipərəst qüvvələri ciddi narahat edir. Ermənistanın ötən yüz ildə azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə siyasətini görməməzlikdən gələn qüvvələr son vaxtlar Azərbaycana qarşı əsassız, riyakar və məntiqdən uzaq ittihamlar səsləndirir. Fransa kimi neokolonist dövlətin seperatçı və militarist addımı, Hindistanın hərbi dəstək təşəbbüsündən, Niderlandın Avropa Birliyini İrəvana hərbi dəstək verməyə çağırmasından, bəzi qitə ölkələrinin dövlətimiz əleyhinə qətnamələr qəbul etməsindən sonra Ermənsitana “dəstək” karvanına Kanada da qoşulduğunu göstərdi. Bu kontekstdə Kanadanın xarici işlər naziri Melani Coli Ermənistana səfəri zamanı Azərbaycana qarşı əsassız ittihamlar səsləndirib və hətta həddini aşaraq rəsmi Bakını sanksiyalarla hədələyib. 30 il ərzində Ermənistanı Azərbaycan ərazilərinin işğalına son qoymağa heç bir çağırış belə etməyən Kanadanın tutduğu bu riyakar mövqe, Azərbaycanı “deportasiya”da ittiham etməsi qərəz və səlibçilik təfəkkürünün məhsuludur.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

O qeyd edib ki, M.Colinin XİN başçısı kimi səriştəsizliyi onun Ermənistan tərəfdən Azərbaycanla sərhəddə gələrək binoklla ərazini müşahidə etməsi diplomatik davranış və normalara ziddir: “Colinin Azərbaycanı sanksiyalarla hədələməsi isə artıq isterikadır. Kanada yarandığı gündən indiyədək müstəqil xarici siyasəti olmayan marionet dövlətdir. Bu ölkənin missiyası Vaşinqtondan gələn göstərişləri qeyd-şərtsiz icra etməkdir. Eyni zamanda Colini bundan öncə də səsləndirdiyi cəfəng fikirlərlə erməni lobbisinin əlaltısına çevrildiyini göstərib. Reallıq odur ki, Azərbaycana qarşı əsassız iddialarla çıxış edən müxtəlif dövlətlərin rəsmilərinin öz dövlətlərinin tarixindən sanki xəbərləri yoxdur ya da məqsədli şəkildə bu cür isterik hərəkətlərə yol verir”.

Millət vəkili bildirib ki, Kanada uşaq qatili ölkədir: “Bu qatil ölkə yerli aborigen xalqların soyqırımı nəticəsində özünə dövlət qurub. Sadəcə bir faktı qeyd etmək bu ölkənin qatil imicinin hansı səviyyədə olduğunu sübut etməyə kifayət edir. İki il öncə Kanadanın müxtəlif şəhərlərindəki katoliklərə aid internat məktəblərinin həyətindən birində 182, digərindən 751, başqa birindən isə 215 uşaq məzarı aşkarlanıb. Kütləvi məzarların müasir həyata inteqrasiya adıyla zorla internata cəlb olunan yerli hinduların uşaqlarına aid oduğu bildirilmişdi. Bu fakt onu deməyə əsas verir ki, Ermənistan Qafqaz kimi çoxkonfensional bölgədə monoetnik dövlət qurduğu kimi Kanada da yerli xalqlara qarşı etnik təmizləmə, soyqırım siyasəti həyata keçirib. Bu baxımdan Kanadanın Ermənistana münasibətdə canfəşanlığının eyni qatil xislətdən irəli gəlməsi heç də təsadüfi deyil”.

Tamam Cəfərova hesab edir ki, Kanadanın Azərbaycana qarşı hər hansı bir sanksiyadan danışması gülüncdür: “Onun bu cəfəng fikirləri coğrafiya bilmədiyinin və ölkəsi üçün strateji əhəmiyyətli məsələlərdən də bixəbər olduğunu göstərir. Kanadanın Azərbaycanın beynəlxalq miqyasda maraqlarına qarşı heç bir təsir imkanı yoxdur. Əksinə Azərbaycan istədiyi vaxt Kanadaya qarşı tədbirlər görə bilər. Kanada özünün uran ehtiyacını Mərkəzi Asiya ölkələri və Azərbaycan vasitəsilə təmin edir. Uran hava yolu ilə daşına bilməz, ona görə uranı ya Çin, ya Azərbaycan üzərindən Kanadaya aparmaq mümkündür. Çinin buna razılıq verməsi mümkün deyil. Ona görə də, Kanada bu məsələdə Azərbaycandan asılıdır. Azərbaycan istənilən vaxt bu ixracı dayandıra bilər və dayandırmalıdır. Bu gün Azərbaycanın Kanadaya heç bir ehtiyacı yoxdur. Kanadanın, Fransanın, Hindistanın timsalında digər ermənipərəst dövlətlər və güclər başa düşməlidir ki, Azərbaycanla ultimatum və diktə üslubunda danışmaq, təhdid etmək heç bir fayda verməyəcək. Azərbaycan Cənubi Qafqazda yeni reallıq yaradıb və dünyanın aparıcı güc mərkəzləri bu reallığı qəbul edib”.


Müəllif: Tapdıq Qurbanlı