1 Noyabr 2023 17:28
557
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın xarici işlər naziri Annalena Barbok noyabrn 3-də Ermənistana səfər edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, o, ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşəcək.

Tərəflərin Cənubi Qafqazdakı durumu da müzakirə edəcəkləri gözlənilir.

O, bir gün sonra, noyabrın 4-də Azərbaycana gələcək.

Səfər çərçivəsində Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması müzakirə olunacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər