Bu gün Qarabağ torpaqlarının azadlığa qovuşduğu şanlı günün ildönümüdür.
Teleqraf.com xəbər verir ki, bu fikirlər Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımın Azərbaycanın Zəfər Günü ilə bağlı paylaşımında yer alıb.
Təbrik mətnində bildirilir: “Bu gün Qarabağ torpaqlarının azadlığa qovuşduğu şanlı günün ildönümüdür.
Bu gün 44 gün davam edən haqlı mübarizənin Zəfər Günüdür. Qardaşlarımı ən səmimi arzularımla təbrik edirəm”.