29 Noyabr 2023 08:36
413
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı bir çox mötəbər tədbirlərə uğurla ev sahibliyi etməkdədir. Ölkəmiz regional və qlobal miqyasda vacib tədbirlərin təşkilatçısı və təsəbbüskarıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən uğurlu siyasət məhz bu amilləri təmin edib. Dövlətimiz bu gün özünün inkişaf tendensiyası, əldə etdiyi uğurlarla dünyanın diqqət mərkəzindədir. Ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlik məhz bu reallığın formalaşmasında mühüm rol oynayır. Son illər ölkəmizin beynəlxalq miqyasda artan nüfuzu, etibarlı tərəfdaş mövqeyi əməkdaşlıq imkanlarına açıq olması yeni perspektivlər formalşdırıb. Bu günlərdə Bakıda keçirilən Speca (SPECA – BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı) həftəsi, iştirakçılarının say tərkibi, nümayiş olunan iqtisadi yeniliklər sənayə və müdafiə məhsulları Azərbaycanın hədəflərini bir daha nümayiş etdirib. Sözsüz ki hədəflər qarşılıqlı etimad mühiti əsasında bir-birinin maraqlarına hörmət müstəvisində əməkdaşlığa yönəlib.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.

“BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşünün Bakıda keçirilməsi olduqca önəmli idi: “Prezident İlham Əliyevin Bakıda, Heydər Əliyev Mərkəzində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündə çıxışı və vermiş olduğu mesajlar vacib istiqamətləri əhatə edib. 1998-ci ildə təməli qoyulmuş SPECA proqramında ölkəmiz əsas rola malikdir. Hazırkı dövrdə Azərbaycan SPECA-ya uğurla sədrlik edir. 25 ildir ki, həyata keçirilən SPECA proqramı bu illər ərzində ölkələr arasında hərtərəfli əlaqələrin uğurla inkişafında mühüm amillərdən olub. Sözsüz ki, SPECA-ya üzv dövlətlərin Bakıda ilk dəfə Zirvə görüşünün təşkili də tarixi əhəmiyət kəsb edir. Bu Zirvə görüşü ölkəmizin təşəbbüsü ilə baş tutub. Azərbaycanın bütün uğurlu təşəbbüsləri kimi bu təklifinə də Mərkəzi Asiya ölkələrinin rəhbərləri tərəfindən böyük dəstək nümayiş olunub” - deyə o qeyd edib.

Professor hesab edir ki, Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında mövcud olan uğurlu əməkdaşlıq mövcuddur: “Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan bir sıra çoxtərəfli formatlarda uğurla əməkdaşlıq edir. Bakıda yeni tərkibdə keçirilən Zirvə görüşü daha geniş iqtisadi əməkdaşlıq formatına yol açacaq. Prezident İlham Əliyevin dəvəti ilə Zirvə görüşündə Gürcüstanın və Macarıstanın Baş nazirləri, Körfəz Əməkdaşlıq Şurasının Baş katibi fəxri qonaqlar qismində iştirakı də xüsusi əhəmiyət daşıyır. SPECA yarandığı dövrdən keçən 25 ildə əsas çağırışlar arxada qalıb. Bu proqrama üzv olan ölkələr dövlət suverenliyini möhkəmləndirib, beynəlxalq aləmin dəyərli üzvlərinə çevrilməklə yanaşı iqtisadi cəhətdən sürətlə inkişaf edib. SPECA-ya üzv ölkələrdə sülh, sabitlik, əmin-amanlıq hökm sürür”.

Deputat bildirib ki, bu gün dünyada müstəqil siyasət yürüdən ölkələrlə yanaşı Ermənistan kimi başqaları tərəfindən oyuncaq olaraq istifadə edilən dövlətlər də mövcuddur: “Ermənistanın timsalında olan ölkələrin siyasəti xalqlarının iradəsinə əsaslanmır. Bu kimi ölkələrin taleyi xarici sponsorların əlindədir. Ermənistandan fərqli olaraq bərabərhüquqlu tərəfdaşlıq əlaqələrinin qurulmasında önəmli amil olan SPECA-ya üzv dövlətlər əsl müstəqil ölkələrdir. SPECA həftəsi ərzində Bakıda təşkil olunan iqtisadi forum da ölkələr arasındakı biznes əlaqələrinin inkişafına töhfə verəcək. Bakı Ekspo Mərkəzində təşkil edilmiş sərgi üzv ölkələrdə gedən inkişafı əyani şəkildə göstərir. Sözsüz ki, Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarixi və mədəni əlaqələr bağlayır. Eyni zamanda Azərbaycan və Mərkəzi Asiya strateji əhəmiyyəti artmaqda olan vahid tarixi-mədəni və geosiyasi məkana çevirilir”.

Millət vəkili Bakıda keçirilən SPECA-ya üzv ölkələrin Zirvə görüşünün Düşənbə görüşünün məntiqi davamı olduğunu söyləyib: “Hazırda Azərbaycan güclü iqtisadiyyatı müstəqil xarici siyasət kursu ilə nümunəvi davranış sərgiləyir. Bunun fonunda ölkəmizdə əlverişli investisiya mühiti mövcuddur. Məhz son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyulub ki, bunun da 200 milyard ABŞ dollarına yaxını qeyri-enerji sektorunun payına düşür. Eyni zamanda son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub. Məhz bunun nəticəsində Azərbaycan Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən biri hesab olunur”.

Eldar Quliyev Azərbaycanın 90-cı illərin əvvəllərində yaşamış olduğu çətinliklər fonunda beynəlxalq səviyyədə tanınan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini vurğulayıb: “Bu işğal siyasəti nəticəsində Ermənistan tərəfindən Azərbaycan ərazilərində soyqırımı və etnik təmizləmə həyata keçirilib. Məhz bu işğalın ağır nəticələrindən biri olaraq bir milyondan artıq azərbaycanlı ata-baba yurdundan qovulub. Azərbaycan ərazilərinin Ermənistan silahlılarından boşaldılması ilə bağlı otuz ilə yaxın aparılan danışıqlar təəsüf ki, heç bir nəticə vermədi. Bu da Ermənistanın işğal faktını qoruyub saxlamaq niyəti ilə bağlı idi. Amma heç vaxt işğal faktı ilə barışmayan Azərbaycan xalqı məhz 2020-ci ilin 44 günlük Vətən müharibəsində işğalçı Ermənistanı döyüş meydanında məğlub edərək onun torpaqlarımızdan çıxarılmasına nail oldu. Bununla da 30 ilə yaxın davam edən işğal faktına son qoyuldu. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il kağız üzərində qalmış dörd qətnaməsinin icrasını da ölkəmiz təkbaşına təmin etdi. Bu ilin 19-20 sentyabr tarixlərində isə lokal xarakterli antiterror tədbirləri ilə ölkəmizin suverenliyi tam təmin edildi, separatizmin kökü birdəflik kəsildi, konstitusiya quruluşu bərqərar olundu. Hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. “Böyük Qayıdış” Proqramına uyğun olaraq qısa zamanda erməni barbarlarının dağıdıb viran qoyduğu ərazilərdə yeni yaşayış məntəqələri salınır. Bu da 30 ilə yaxın qaçqın və məcburi köçkün həyatı yaşamış soydaşlarımızın qısa zamanda öz yurd-yuvalarına qayıdışına hesablanıb. Qardaş, dost dövlətlərin Azərbaycanın haqq işində dəstəyi bu gün quruculuq-bərpa prosesində də özünü təsdiq edir. Bu ilin avqust ayında Füzuli şəhərində Özbəkistanın hədiyyəsi Mirzə Uluqbəy adına məktəbin və inşası davam edən Qazaxıstanın hədiyyəsi olan – Kurmanqazı adına yaradıcılıq mərkəzi tarixi əlaqələrin, dostluq və qardaşlığın bariz nümunəsi hesab edilir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər