5 Dekabr 2023 01:26
481
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov arasında ikitərəfli görüş keçiriləcək.

Teleqraf.com xəbər verir ki, görüş dekabrın 5-də səhər saatlarında keçiriləcək.

Qeyd edək ki, dekabrın 5-də Moskvada Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşü keçiriləcək. Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan xarici siyasət idarələrinin rəhbərləri ilk olaraq məhdud tərkibdə, daha sonra isə nümayəndə heyətləri ilə birlikdə geniş tərkibdə görüşəcəklər.

Artıq Azərbaycan XİN başçısı Ceyhun Bayramov Rusiya paytaxtındadır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər