8 Dekabr 2023 23:45
432
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər bir seçki məntəqəsi üzrə təsdiq edilmiş seçici siyahıları dəqiqləşdiriləcək.

Teleqraf.com xəbər verir ki, bu, Mərkəzi Seçki Komissiyasının təsdiqlədiyi “Növbədənkənar Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planı”nda əksini tapıb.

Bildirilib ki, 2024-cü il yanvarın 13-dək yolu çətin və ya ucqar yerlərdə yaradılan seçki məntəqələri üzrə seçici siyahıları dəqiqləşdiriləcək.

Məmtəqə seçki komissiyaları tərəfindən 2024-cü il yanvarın 18-dək hərbi hissələrin, istintaq təcridxanalarının və cəzaçəkmə müəssisələrinin ərazilərində yaradılan seçki məntəqələri üzrə seçicilərin (hərbi hissələrdə yerləşən hərbi qulluqçuların, hərbi hissələrin yerləşdiyi ərazinin hüdudlarında yaşayan hərbi qulluqçu ailələrinin, istintaq təcridxanalarında saxlanılan təqsirləndirilən şəxslərin və cəzaçəkmə müəssisələrində cəza çəkən məhbusların və digər seçicilərin) siyahıları dəqiqləşdirilməlidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər