16 Dekabr 2023 16:05
443
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dünən Yeni Azərbaycan Partiyası 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar seçkilərdə cənab İlham Əliyevin ölkə prezidentliyinə namizədliyini irəli sürüb. Bu barədə qərar YAP İdarə Heyətinin 15 dekabr 2023-cü il tarixində keçirilmiş genişləndirilmiş iclasında qəbul edilib.Növbədənkənar Prezident seçkiləri, sözün əsil mənasında, əlamətdar, tarixi bir hadisə olacaq”.

Teleqraf.com xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında millət vəkili Kamaləddin Qafarov söyləyib.

Deputat vurğulayıb ki, bu, Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəmizdən sonra keçirilən ilk Prezident seçkiləri olmaqla bərabər, müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq Prezident seçkiləri artıq ölkəmizin istisnasız bütün ərazilərində, o cümlədən işğaldan azad edilmiş Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda keçiriləcək. “Bu, Azərbaycan xalqının öz Prezidentinin rəhbərliyi ilə əldə etdiyi ən böyük tarixi nailiyyətdir. Bütün bu ərazilərdə Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev bir müddət əvvəl Azərbaycanın Dövlət Bayrağını ucaltmaqla öz xalqına sonsuz qürur hissi yaşatmışdır.

Birmənalı olaraq deyə bilərik ki, Azərbaycan “Heydər Əliyev İli”ni öz tarixində əvvəllər heç zaman olmadığı qədər güclü və sürətlə inkişaf edən ölkə olaraq başa vurmaqdadır”.

K.Qafarov demişdir: “Yeni Azərbaycan Partiyası 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinə ən layiqli namizədini təqdim edib. Bu seçki qalib xalqın seçimi olacaq. Heç şübhə yoxdur ki, bütün Azərbaycan xalqı ölkəmizin ərazi bütövlüyünü təmin edən, onu inamla irəli aparan, uğurlu xarici və daxili siyasət reallaşdıran, Azərbaycanı dünyanın inkişaf etmiş ölkələrindən birinə çevirəcək siyasi liderin yanında olacaqdır”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər