"Rusiya ilə müharibə olduğu müddətdə Ukrayna NATO-ya üzv olmayacaq. Ölkəmizin Alyansla konkret razılaşmaları var və NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Ukrayna bloka üzv olacaq, o halda ki, müharibəni “ədalətli sonluq”la bitirsə...".
Teleqraf.com xəbər verir ki, bu sözləri “FREEDOM” telekanalının efirində Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak deyib.
O xatırladıb ki, dekabrın 19-da 2023-cü ilin yekunlarına həsr olunmuş konfransda prezident Zelenski açıq şəkildə bildirib ki, NATO-ya üzv olmaq üçün Ukrayna Rusiyanın başlatdığı müharibəyə son qoymalıdır.