3 Yanvar 12:17
2 176
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son üç il ərzində Azərbaycan Ermənistana açıq mətnlə bildirirdi ki, ərazidən ermənilərə məxsus qanunsuz silahlılar çıxarılmalıdır. Qeyd olunurdu ki, Ermənistan Azərbaycan ərazisində qalmış separatçı rejimə maliyyə yardımını dayandırsın. Mina və digər terror təxribatlarına son qoyulsun. Bunun fonunda beynəlxalq hüquqa əsaslanan sülh müqaviləsinin imzalanması üçün Azərbaycan Ermənistan 5 fundamental razılaşma şərti təklif etmişdi.

Bunu Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə deyib.

“3 il ərzində Azərbaycan tərəfi Qarabağda olan ermənilərə yaşadıqları ölkənin qanunlarına uyğun davranmaları ilə bağlı informasiyalar göndərib. Bütün bunları qalib Azərbaycan məğlub Ermənistana açıq şəkildə təklif edib. Amma erməni tərəfi yenə də Qarabağ ermənilərinin hansısa müstəsna “hüquqlarından” danışırdı və davamlı olaraq separatçılara maddi yardımlar fonunda onları dəstəkləyirdi. Bunun üçün Ermənistan siyasi hiylələrə əl atırdı”, - deyə o qeyd edib.

Politoloqa görə, Azərbaycana qarşı Fransanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasında hansısa bir məsələnin qaldırılması prosesləri artıq pikk həddə yüksəltmişdi:

“Bununla da Azərbaycan tərəfi bir günlük anti-terror tədbirlərinə başlamaq haqqında qərar qəbul etdi. Hətta bu əməliyyatlar zamanı da Azərbaycan Ordusu Xankəndiyə girmədi və heç bir erməninin burnu qanamadı. Hətta buna qədər Azərbaycan Ağdam-Xankəndi yoluna yardım TIR-ları göndərmişdi. Bütün bunların fonunda Fransa prezidenti Nikol Paşinyana Qarabağ ermənilərinin ərazidən çıxmasını təklif etdi. Məqsəd burada Kosova Variantının tətbiq olunması idi”.

Zərdüşt Əlizadə hesab edir ki, məhz Emmanuel Makronun Paşinyana vermiş olduğu “məsləhətlə” ermənilər bir həftə ərzində Qarabağı tərk etdi:

“Həmin ərəfədə Xankəndidə yanacaqdoldurma məntəqəsində partlayış baş verdi, ölən və yaralananlar oldu. Amma burada Azərbaycan tərəfinin heç bir günahı yox idi. Azərbaycan əksinə ora yardıma getdi, uşaqlara, qadınlara, ehtiyac olanlara kömək əlini uzatdı. Onlara deyilirdi ki, “siz burada Azərbaycan vətəndaşı olaraq qala bilərsiniz”. Amma onlar dinc şəkildə çıxıb getdilər. Daha sonra isə hay-küy saldılar ki, guya burada “etnik təmizləmə” baş verib və s. Amma sonradan hər şey qaydasına düşdü və yalanları ifşa oldu”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər