Azərbaycanın İraqdakı fövqəladə və səlahiyyətli səfiri Nəsir Məmmədov İraq Prezidenti Əbdüllətif Camal Rəşidlə görüşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə diplomat "X" hesabında paylaşım edib.
Tərəflər ikitərəfli münasibətləri müzakirə edib.
"Görüşdə tərəflər bir daha Azərbaycanla İraq arasında bir çox sahələrdə əməkdaşlığı genişləndirmək niyyətində olduğunu vurğulayıb",- deyə qeyd olunub.