12 Yanvar 16:59
813
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin yerli telekanallara üç saata yaxın davam edən müsahibəsi cəmiyyətdə çox böyük maraqla qarşılandı. Bu müsahibə eyni zamanda anti-terror tədbirlərinə qədər olan dövrün ciddi analizi idi. Həmçinin yeni dövrün başlanması və əsas istiqamətlər barəsində ölkə başçısı planları açıqladı.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

“Hər kəs üçün aydın oldu ki, müstəqilliyimiz heç də asan qorunmur. Ölkəmizə təzyiqlər var. Bizi milli maraqlarımıza, suverenliyimizə zidd olan qərarlar qəbul etməyə məcbur edirlər. Azərbaycana qarşı ədalətsiz addımlar atılır. Amma bütün bunlara baxmayaraq xalq-iqtidar birliyi bunun qarşısını almağa imkan verir”, - deyə o qeyd edib.

Millət vəkili hesab edir ki, düzgün Lider, daxili-xarici siyasət seçimilə Azərbaycana qarşı təhdidlərin qarşısı alınır:

“Bu eyni zamanda qarşıda duran problemləri həll etməyə, gələcəyə dair möhtəşəm planlar qurmağa imkan verir. Görünən odur ki, Azərbaycan tarixi bir vəzifəni yerinə yetirdi. Elə anlar olub ki, bundan sonra necə hərəkət etməyimiz düzgün qərarlardan asılıb olub”.

Aydın Mirzəzadəyə görə, Prezident İlham Əliyevin düzgün qərarları, düzgün nəticəyə gətirib çıxarıb:

“Ölkə başçısının növbədənkənar prezident seçkiləri ilə bağlı söylədiyi fikirlər kifayət qədər dəqiq və bütün suallara cavab verən cavab idi. Dövlət başçısının vaxtaşırı yerli mətbuata müsahibələr verməsi ölkəmizin inkişaf məsələləri ilə bağlı bir çox məsələlərin cəmiyyətə aydınlaşdırılmasına xidmət edir. Bir daha arxayın oluruq ki, güclü Lider, xalqdan dəstək alan iqtidar Azərbaycanın müstəqilliyini və suverenliyini qorumaq gücündədir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər