23 Yanvar 19:37
7 614
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda konstitusiya dəyişikliyi ilə bağlı Nikol Paşinyanın açıqlamasının hansı ehtiyacdan yarandığına diqqət çəkmək lazımdır. O, sadəcə olaraq belə bir açıqlama verib. Amma bunun nə ilə bağlı olduğunu detallı deməyib. “Ağrı dağı”, “Böyük Ermənistan” birləşməsi kimi absurd məsələlərin Ermənistan qanunvericiliyindən çıxarılması məsələsi fərqli rakursda izah oluna bilər.

Bunu Teleqraf.com-a politoloq Fərhad Mehdiyev deyib.

O qeyd edib ki, Ermənistanda konstitusiya dəyişikliyinin Azərbaycanın təzyiqi fonunda baş verməsi də mümkündür:

“Ola bilsin ki, sülh məsələsində ilkin şərt kimi bu tələb qoyulub. Eyni zamanda Ermənistanın xarici siyasətində təcavüzkar mahiyyətindən uzaqlaşması məsələsi də var. Hətta bu, Paşinyanın yenidən ölkəni prezident üsul-idarəsinə qaytarmaq niyyəti də ilə də izah oluna bilər”.

Politoloq hesab edir ki, əldə oluna biləcək sülh sənədinə Ermənistan qanunvericiliyinin təsiri ola bilməz:

“Əslində iki dövlət arasında sülh əldə olunsa, burada dərhal beynəlxalq hüquqi öhdəlik yaranır. Ermənistan konstitusiyasında nə yazılmasından asılı olmayarq bu, Vyana müqaviləsinə əsaslanır. Həmin müqaviləyə görə, ölkənin qanunvericiliyi beynəlxalq öhdəliklərdən yayınmağa bəhanə üçün əsas vermir”.

Fərhad Mehdiyevə görə, Ermənistan konstitusiyasında nə yazılmasından asılı olmayaraq bunun beynəlxalq hüquqa ziddi olduğu iddia edilə bilməz:

“Ölkə daxilində kim nə deyir-desin, bu əsas deyil. Hətat Paşinyanın bunu beynəlxalq arenada əsas kimi təqdim etmək hüququ da yoxdur. Beynəlxalq münasibətlərdə bu hüquqi nöqteyi-nəzərdən etibarsız sayılır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər