24 Yanvar 22:55
1 152
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçrə Ukrayna məsələsində vasitəçi kimi çıxış etməyə hazır olduğunu bəyan edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, isveçrəli həmkarı ilə görüşdə Bernin vasitəçiliyi ilə Ukrayna böhranının həlli yolları müzakirə olunub. Lakin Lavrov İsveçrənin anti-Rusiya milli təhlükəsizlik strategiyasını əsas gətirərək bu təklifi tənqid edib.

“Onun diqqətinə çatdırdım ki, onların artıq razılaşdırılmış və 2024-2027-ci illəri əhatə edəcək milli təhlükəsizlik strategiyası var. Bu strategiyada deyilir: İsveçrə Avropa təhlükəsizliyini Rusiya ilə deyil, Rusiyaya qarşı qurmağa hazırdır və maraqlıdır”, - Lavrov bildirib.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər