18 Fevral 15:35
8 062
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistandan fərqli olaraq Azərbaycan həm Qərb, həm də Rusiya platformalarında çox rahatdır.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Armen Baqdasaryan deyib.

"Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən görüşlər göstərdi ki, Ermənistan Rusiyadan fərqli olaraq Qərb platformalarında özünü çox rahat hiss etdiyini hesab edirsə, Azərbaycan da özünü həm Qərb, həm də Rusiya platformalarında eyni dərəcədə rahat hiss edir. Bəli, Əliyev (Prezident İlham Əliyev - red.) göstərdi ki, Qərb platformalarında da rahatdır. Çünki Qərb siyasəti praqmatik maraqlara, o cümlədən iqtisadi və enerji maraqlarına söykənir, buna görə də Azərbaycan həmin platformada özünü vacib hesab edir. Yəni Qərb üçün Azərbaycan mühüm tərəfdaşdır. Münxen Təhlükəsizlik Konfransının göstərdiyi şey bu idi", - ekspert bildirib.

Ermənistana gəlincə, Baqdasaryan Azərbaycandan fərqli olaraq ölkəsinin Qərblə Rusiya arasında balansı saxlaya bilmədiyini, təhlükəli oynadığını söyləyib:

"Buna "rus ruleti" də deyə bilərsiniz, baxmayaraq ki, rus ruletində sağ qalma ehtimalı 84.4 faiz yüksəkdirsə, Ermənistanda sağ qalma ehtimalı xeyli azdır. Problem ondadır ki, bu çox çətin vəziyyətdə Ermənistanın bu siyasətdən zərərsiz çıxmaq şansı azdır, Nikol Paşinyan riskə gedir. Bunun da nəticəsi çox ağır olacaq".


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər