18 Mart 12:47
797
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Zamiq Hüseynovun doğulduğu Füzuli şəhərində solo konserti baş tutub.

Teleqraf.com xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin təşkilati dəstəyi və Zamiq Hüseynovun təşəbbüsü ilə açıq havada gerçəkləşən konsert proqramı xoş ab-havası ilə yadda qalıb.

Füzuli şəhər sakinləri musiqili gündə müğənnini coşquyla qarşılayıblar. Onlar pop ulduzun nəğmələrini onunla bərabər canlı ifa ediblər. Sənətçi ard-arda sevilən ifalarını gələn qonaqlar üçün oxuyub, onlarla xüsusi dialoqda olub. Zamiq özəl gününü adəti üzrə "Qarabağ" mahnısı ilə yekunlaşdırıb.

Təəssüratlarını bölüşən Zamiq Hüseynov, konsertin təşkilatçılarına təşəkkürünü bildirib: "Əziyyəti keçən hər kəsə sonsuz məmnunluq hissi duyuram. Uzun illərdir sadəcə xəyal kimi arzumun gerçək olması məni olduqca xoşbəxt edib. Hisslərimi kəlimələrə sığdıra bilmirəm".


Müəllif: Teleqraf.com