24 Mart 01:33
1 523
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət başçıları arasında yalnız Ukrayna prezidenti Vladimir Zelenski terror aktında Rusiyanı günahlandıracaq qədər “ağıllı” idi.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova teleqram kanalında bildirib.

O vurğulayıb ki, heç bir şey Ukrayna liderini bu “özünü ifşa edən bəyanat” qədər güclü şəkildə məhv edə bilməz.

Zaxarova qeyd edib ki, Ukrayna hakimiyyəti terror aktına görə Rusiyanı günahlandırır, Vaşinqtonda isə yaraqlıların hərəkətləri kəskin şəkildə pislənib. Onun sözlərinə görə, Ağ Ev və Bankova (Zelenskinin Ofisinin yerləşdiyi küçə - red.) o qədər yalan danışıblar ki, artıq ümumi versiya üzərində razılığa gələ bilməyiblər.


Müəllif: Pərvin Cəfərova