3 Aprel 15:01
1 341
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan hiyləgər oyunlarını davam etdirir. Azərbaycanla normal münasibətlərin yaradılmasına tərəfdar olduğunu iddia edən Nikol Paşinyan işğalda olan kəndlərin qaytarılmasının zəruriliyindən danışır. Bu baş verməsə, yeni müharibə təhlükəsini erməni cəmiyyətinə çatdırır. Eyni zamanda sülh sazişinin imzalanması ilə bağlı Ermənistanın mövqeyi ifadə edilir.

Bunu Teleqraf.com-a Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

“Amma Ermənistan bu davranışlarının əksinə ordunu Azərbaycanla sərhədə göndərir, hücum istehkamları qurur, Naxçıvan, Arazdəyən istiqamətində artilleriya qurğuları yerləşdirir. Beləliklə, gərgin vəziyət yaranır. İddia edirlər ki, Azərbaycan sərhəd boyu ərazilərdən Ermənistana hücum edəcək. Bu, heç bir reallığa əsaslanmır. Azərbaycan dəfələrlə belə bir niyyətinin olmadığı bəyan edib”, - deyə o qeyd edib.

Partiya sədri bildirib ki, Naxçıvan istiqamətində erməni təxribatının baş verməsi gərginliyin yaranmasına hesablanıb:

“Sözsüz ki, Ermənistanı bu təxribatlara vadar edən qüvvələr var. Növbəti təxribat onlara daha ağır faciələr yaşadacaq. Azərbaycan Müdafiə Nazirliyi son xəbərdarlıqları edib. Vəziyyət hazırda gərgindir. Qarşıdurmanın olması istisna edilmir. Ermənistanın əlini gücləndirmək istəyirlər. Kapitulyant ölkəni Azərbaycanla bərabər səviyyəyə qaldırmaq məqsədləri var”.

Fəzail Ağamalıya görə, Paşinyan və onun komandası maskalanmış revanşistlərdir:

“Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları onların düşüncələrinə hopub. Nə qədər Ermənistan dövləti varsa, silahı yerə qoymaq olmaz. Hər zaman onların təxribatlarına layiqli cavab verilməlidir. Azərbaycan Silahlı Qüvvələri yüksək döyüş ruhundadır. Ordumuz təxribatlara cavab verməyə qadirdir. Bölgədən barıt qoxusu gəlir. Regionda yenidən müharibənin başlaması üçün Ermənistan rəhbərliyi kənar qüvvələrin təsiri ilə hərəkətə gətirilir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər