14 Aprel 00:26
863
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT Moldova daxilində Dnestryanı üçün xüsusi statusa malik beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Moldova Respublikasının suverenliyi, ərazi bütövlüyü əsasında bu münaqişənin sülh yolu ilə, hərtərəfli və davamlı həllinə çalışacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Moldovaya ilk səfərinin yekunlarına dair bəyanatında ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici və Avropa işləri naziri Yan Borq söyləyib.

Onun sözlərinə görə, Dnestryanı nizamlama prosesinin irəliləməsinə və təşkilatın yerlərdə fəaliyyətinin gücləndirilməsinə xüsusi diqqət yetirəcək.

O ATƏT-in Moldovada fəaliyyətini fəal şəkildə davam etdirməyə çalışacağını da əlavə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər