18 Aprel 15:52
1 531
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Departamentindən verilən açıqlama göstərir ki, dünyanın bütün bölgələrindən Rusiyanı çıxarmağa çalışan ABŞ onun Qarabağda qalmasını arzulayırmış.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Yeganə Hacıyeva deyib.

Ekspert ABŞ-nin Azərbaycana qarşı son qərəzli açıqlamasına diqqət çəkib:

“ABŞ Dövlət Departamenti sülhməramlılarını Qarabağdan çıxarmasına görə Rusiyanı “etibarsız müttəfiq” adlandırıb. Yəni ABŞ sülhməramlıların Qarabağdan çıxarılmasını alqışlamaq əvəzinə, bunu neqativ yöndən şərh edib. Bu, ABŞ-nin rikayarlığının növbəti nümayişidir.

Son dörd ildə separat danışıqlara gedərək prosesi üçtərəfli razılaşma formatından çıxardılar, prosesə öncə Fransa, ardınca Avropa Birliyi müdaxilə etdi, sonra da kənar qüvvələr regiona soxuldular.

Dünyanın bütün bölgələrindən Rusiyanı çıxarmağa çalışan ABŞ onun Qarabağda qalmasını arzulayırmış. ABŞ dəfələrlə Rusiyanı hərbi qüvvələrini Dnestryanı, Abxaziya və Cənubi Osetiyadan çıxarmağa çağırıb. 2022-ci ilin yanvarında KTMT qüvvələrinin Qazaxıstandan çıxarılmasına da çağırmış, bu baş verdikdə alqışlamışdı.

ABŞ münaqişənin başa çatması, sülhün bərqərar olması və sülhməramlı missiyanın çıxmasını alqışlamalı və buna görə şəxsən Azərbaycan Prezidenti İlham Əliyevi təbrik etməli idi. ABŞ-nin Rusiya sülhməramlı kontingentinin Dnestryanı, Abxaziya və Cənubi Osetiyadan çıxarılması çağırışında da səmimiyyəti elə bu qədərdir. Həmçinin Ukrayna ilə bağlı...”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər