19 Aprel 10:45
406
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ölkələrin suveren hüquqlarına hörmət etmədən səfirlikləri vasitəsilə casusluq və digər qanunsuzluqlara yol verən Fransa dövlət strukturları növbəti dəfə Fransanın imicinə xələl gətirən beynəlxalq qalmaqalla üzləşiblər.

Teleqraf.com xəbər verir ki, bu barədə dövri silsilə yazılarla çıxış edən “Observer Online”-nın 18.04.2024-cü ildə yayımlanan “Fransaya növbəti dəfə qapını göstərdilər” başlıqlı məqaləsində qeyd edilir:

Məqalədə deyilir: “Azərbaycanın təhlükəsizlik orqanında gedən cinayət işi ilə əlaqədar hələ 2023-cü ilin dekabrında Fransanın səfirlikdaxili kəşfiyyatçılarını “persona non-qrata” elan edib Parisə yola salan Azərbaycanın təcrübəsini bir neçə dövlət xüsusi həvəslə davam etdirmiş, eləcə də Burkina Faso 16 aprel 2024-cü il tarixli notası ilə 3 fransız “diplomatı” pozucu fəaliyyətlərinə görə “persona-non qrata” elan edərək ölkədən çıxarılmalarını təmin etmişdir. Bu qədər diplomatı qovulan ikinci ölkə yoxdur və gedişat Fransanın öz rekordunu təzələyəcəyini göstərir.
“Observer Online” eksklüziv notanı dəyərli oxucuları ilə bölüşür:

18 aprel 2024-cü ildə “France 24” kanalı deyir ki, rəsmi Paris diplomatların ölkədən qovulmasını əsassız hesab edir. “Burkina rəsmilərinin bu qərarının heç bir hüquqi əsası yox idi, biz ancaq təəssüf hissi keçiririk” – Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Kristof Lemuan bildirir.

Paralel olaraq, Fransanın müstəmləkə siyasətindən tarix boyu əziyyət çəkmiş Yeni Kaledoniya dövlətinin nümayəndə heyəti hazırda Azərbaycan Milli Məclisində rəsmi qonaqdır.

“Bu sənəd Yeni Kaledoniya üçün həm də “yol xəritəsi”dir. Bu baxımdan Azərbaycan parlamenti ilə imzaladığımız memorandumun Fransanın Yeni Kaledoniyaya qarşı aqressiv siyasətinin qarşısının alınmasına öz töhfəsini verməsini istərdik” – Yeni Kaledoniya Konqresinin komitə sədri Omayra Naiselin 18 aprel 2024-cü ildə Azərbaycan Milli Məclisindəki çıxışında deyib.

Fransa Respublikasının xaricdəki səfirləri arasında E.Makronun ən yaxından tanımağa məcbur olduğu yeganə səfir - Fransanın Azərbaycandakı səfiri Ann Buayon isə bu baş verənləri Parisdən izləyir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər