ABŞ Konqresinin Nümayəndələr Palatası İsrailə 26,4 milyard dollar məbləğində yardım göstərilməsi haqqında qanun layihəsini qəbul edib.
Teleqraf.com TASS-a istinadən xəbər verir ki, qanun layihəsinin lehinə 366 konqresmen səs verib. Digər 58 nəfər isə buna qarşı çıxıb.
Bundan əlavə, aprelin 20-də ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya hərbi yardım haqqında qanun layihəsini təsdiqləyib. Qanun layihəsi Ukraynaya təxminən 61 milyard dollar yardımın ayrılmasını nəzərdə tutur. Tayvana hərbi yardım göstərilməsi və dondurulmuş Rusiya aktivlərinin müsadirəsi haqqında qanun layihələri də təsdiq edilib.