İsrailin Haaqadakı səfiri Beynəlxalq Cinayət Məhkəməsinin İsrail rəsmilərinə qarşı apardığı araşdırmaların qarşısını almaq üçün casusluq etməkdə şübhəli bilinir.
Teleqraf.com xəbər verir ki, bu barədə Hollandiya Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Açıqlamada deyilir ki, casusluq və hədə-qorxu iddialarına aydınlıq gətirilməsi üçün İsrail səfiri XİN-ə çağırılıb.