28 İyun 18:16
443
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azadlığa Dəstək Aktı”na “907-ci düzəliş” uzun müddətdir qüvvədədir. Mən inanmıram ki, bizim Konqresimizdə bunu ləğv etmək üçün istək var, lakin hər bir ardıcıl administrasiya, Respublikaçı və Demokratlar şərtlərin imkan verdiyi zaman ondan imtinanı təmin edir.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycanda səfərdə olan Amerika Birləşmiş Ştatları Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

“Hazırda əlimizdə olanları nəzərdən keçirməyə davam edirik. Düşünürəm ki, bizim çox güclü əlaqələrimiz var, xüsusən də “907-ci düzəliş” tərəfindən maneə törədilə bilən təhlükəsizlik və əməkdaşlıq sahələrində.

Əslində, işləmək üçün çox təsirli yollar tapırıq. Biz bunu nəzərdən keçirməyə davam edəcəyik. Hesab edirəm ki, bu düzəlişin oynadığı funksiya çox şişirdilir, təbii ki, bu idarəçilikdə nizam-intizamla bağlıdır, buna əminlik üçündür. Müəyyən məsələlərdə doğru zamanda qərar verilir, lakin ümumilikdə bizim bütün sahələr üzrə çox güclü və dərin əməkdaşlığımız var. Ona görə də bu düzəlişin (Azərbaycanla əməkdaşlığa) maneə olduğuna inanmıram, sadəcə olaraq, həll etmək üçün birlikdə işlədiyimiz məsələlərdən biridir”, - amerikalı diplomat qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər