4 İyul 16:57
417
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyası növbədənkənar parlament seçkilərində iştirak edəcək.

Teleqraf.com xəbər verir ki, qərar iyulun 4-də Müsavat Partiyası Məclisinin toplantısında qəbul olunub.

Qeyd edək ki, Prezident İlham Əliyev altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib.

İndiyə qədər 3 partiyanın - REAL, Ağ Partiya və Vətəndaş Həmrəliyi Partiyasının səlahiyyətli nümayəndələri Mərkəzi Seçki Komissiyasında qeydiyyata alınıb.


Müəllif: Teleqraf.com