Sentyabrın 1-ə təyin edilmiş növbədənkənar parlament seçkilərinə hazırlıq davam edir. Siyasi partiyalar, müstəqil namizədlər artıq prosesə start verib. Deputat olmaq iddiasında olanlar mövqeyini ortaya qoyurlar. Parlamentin tərkibinin yenilənəcəyi, kimlərin qalacağı məsələsi də aktualdır.
Mövzu ilə bağlı Teleqraf.com-a danışan Milli Məclisin VI çağırış millət vəkili olmuş Aqil Abbas parlamentin tərkibinin dəyişməsi iddialarına toxunub.
O qeyd edib ki, hər seçkidə Milli Məclisin tərkibində 30-40 faiz yenilənmə olur: “Yəqin ki, bu seçkidə də eyni səviyyədə dəyişiklik olacaq. Sözsüz ki, bu, seçkidən asılıdır. Milli Məclis təyinat yeri deyil. Seçici kimə səs verəcəksə, o da mandat alacaq. Ərazilərimiz tam azadddır. Qarabağda növbəti dəfə azad seçkilər baş tutacaq. Bu, tarixi bir hadisədir”.
Aqil Abbas özünün seçkiyə qatılmaqla bağlı hələlik qərar vermədiyini bildirib: “Qərar verilən kimi hamı da biləcək. 10 gündən sonra hər şey bilinəcək”.