“Ana Vətən” partiyasının sədri Fəzail Ağamalı bu il parlament seçkilərində mübarizə aparmayacağını açıqlayıb.
O, Teleqraf.com-a açıqlamasında səhhəti ilə əlaqədar seçkilərdə iştirak etmək niyyətində olmadığını söyləyib.
“Partiyamız seçkilərdə iştirak edəcək. Çoxsaylı namizədlər içərisindən 12 nəfər iddiaçının üzərində dayandıq. Onların arasında qızım, sədr müavini Ağamalı Günay və digər müavinim Hacızadə Yalçın da var".
64 saylı dairədən deputat olmuş Fəzail Ağamalı qızının 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən namizədliyini irəli sürdüyünü deyib.