Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək niyyətim var. Bununla bağlı müvafiq ərazini bu gün, ya da sabah Mərkəzi Seçki Komissiyasına təqdim edəcəm.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aqil Abbas deyib.
“Artıq proses başlayıb. Yeni Azərbaycan Partiyası da böyük partiya kimi ölkə üzrə 125 dairənin hamısından öz namizədlərini irəli sürüb. Burada təəccüblü heç nə yoxdur”, - deyə o əlavə edib.
Aqil Abbas seçki dairələrində edilən dəyişikliyə də münasibət bildirib: “Əvvəl mən 83 saylı Ağcabədi-Füzuli seçki dairəsindən deputat idim. İndi isə 85 saylı Füzuli-Ağcabədidən namizədliyimi irəli sürəcəm”.
Qeyd edək ki, 85 saylı Füzuli-Ağcabədi seçki dairəsindən YAP-ın namizədi Cəfərov Dəyanət Cəmil oğludur.