24 İyul 17:37
445
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Polşanın ölkəmizdəki səfiri Rafal Poborskini ölkəmizdə diplomatik missiyasının başa çatması münasibətilə qəbul edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Polşa səfirliyinin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

“Səfir Rafal Poborski ilə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev arasında dostluq, vida görüşü olub. Görüş zamanı, Azərbaycan ilə Polşa arasında yaxşı münasibətlərin mövcud olduğu vurğulanıb”, - paylaşımda qeyd edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər