1990-cı ildən bu yana namizəd olaraq bütün seçkilərdə iştirak etmişəm. Hətta olub ki, iki dairədən namizədliyimi vermişəm. Əksəriyyətindən də favorit kimi çıxmışam. Bu faktdır, tarixdir. Sentyabrın 1-ə təyin edilmiş növbədənkənar parlament seçkiləri ilə bağlı isə qərarım fərqlidir.
Bunu Teleqraf.com-a “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli deyib.
“Ətrafda olan rəylərə əsasən deputatlığa namizədliyimin irəli sürülməsi istənilirdi. Amma yaxın çevrəm məsləhət gördü ki, bu dəfəki seçkilərdə namizəd kimi iştirak etməyim”, - deyə o əlavə edib.
Zəlimxan Məmmədli uzun illərin sınağından çıxan bu çevrənin qərarını qəbul etdiyi söyləyib: “Amma bu, seçkini boykot və sair anlayışıa izah oluna bilməz. Sadəcə olaraq passiv seçki hüququndan istifadə edəcəm. Bugünkü reallıqda ətrafımdakı insanların rəyini nəzərə alaraq belə qarar verdim”.