27 İyul 11:31
12 383
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın təxribatları fonunda Azərbaycan tərəfindən Ermənsitana xəbərdarlıq edildi. Bir müddət öncə razılaşma əldə edilmişdi ki, atəş açılan tərəf özü araşdırma aparacaq. Günahkar kimdirsə, o, cəzalanacaq və daha sonra müəyyən təminatlar veriləcək ki, bu hal bir daha təkrar olunmasın.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Rasim Musabəyov deyib.

O qeyd edib ki, bu razılaşmaya əməl olunduğu halda Azərbaycan cəza tədbirləri həyata keçirmir:

“Əslində Azərbaycan Müdafiə nazirliyinin xəbərdarlığı erməni tərəfinin təxribatlarının cəzasız qalmayacağı ilə bağlı idi. Cəza genişmiqyaslı hərbi əməliyyatlarla olmaya da bilər. Sadəcə olaraq təxribat törədilən hədəflər vurulacaq”.

Millət vəkili indiki halda Ermənistana edilən hərbi yardımlar fonunda onun təxribatlara əl atmasına da münasibət bildirib:

“Azərbaycan tərəfi əslində Ermənistanın havadarlarına mesaj verir. Çünki Bakı sabah erməniləri bu təxribatlarına görə cəzalandırmağa başlayanda onların deməyə sözü olmayacaq. Son xəbərdarlıq məhz buna hesablanıb”.

Rasim Musabəyov Avropa İttifaqının 10 milyon avroluq hərbi yardımı ilə Ermənistanda səhra şəhərciyi tikiləcəyini söyləyib:

“ABŞ hələlik Ermənistana silah vermir. İrəvanı davamlı olaraq silahlandırmağa çalışan Fransadır. Bunun fonunda biz Ermənistanın havadarlarının sülhdən danışdığını müşahidə edirik. Bu xüsusda Amerika daha fəal görünür. Niyyətləri isə odur ki, ermənilər hansı sülhə razıdırsa, Azərbaycan ona imza atsın. Rəsmi Bakı isə özünün şərtləri təmin olunmayınca razılaşmaya imza atmayacağını bəyan edib”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər