10 Sentyabr 17:07
1 625
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Rusiya və Ukrayna arasında sülh platforması rolunu oyanaya bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.

Erməni nəşri vurğulayır ki, Bakı dünyanın ən kəskin münaqişəsinin həllində rol oynaya bilsə, bu, ona beynəlxalq oyunçu kimi ciddi dividentlər qazandıracaq:

“Prezident İlham Əliyev bir neçə gün əvvəl İtaliyada keçirilən forum zamanı bəyan etmişdi ki, Azərbaycan belə bir zərurət yaranarsa, Moskva ilə Kiyev arasında münaqişənin həllində iştirak edə bilər. Məsələyə münasibət bildirən türkiyəli analitik Engin Özerin sözlərinə görə, Ankara Ukrayna münaqişəsi üzrə danışıqlar üçün razılaşdırılmış prinsiplər toplusunu Bakıya ötürə bilər. Onun fikrincə, nə Moskva, nə də Kiyev Bakının bu münaqişənin həlli üçün yeni platformaya çevrilməsinə qarşı olacaq.

Özer qeyd edib ki, müharibə bitdikdən sonra Moskvanın platforma kimi təsdiqlədiyi ölkə beynəlxalq arenada güclü oyunçuya çevriləcək. Analitik əlavə edib ki, Moskva NATO üzvü olan heç bir ölkənin belə bir statusa sahib olmasını istəməz. Həm Azərbaycan prezidentinin İtaliyada verdiyi açıqlama, həm də türkiyəli analitik Özerin fikirlərinin təsadüfi olmadığını düşünürük. Xüsusən də məsələyə yaxın Rusiya-Azərbaycan münasibətləri kontekstində baxsaq. Hətta ehtimal etmək olar ki, bu istiqamətdə bəzi müzakirələr artıq gedir. Xüsusilə ona görə ki, belə bir model həm Moskva, həm Bakıya, həm də bütövlükdə hamıya sərfəlidir.

Azərbaycan üçün bugünkü dünyanın ən kəskin münaqişələrindən birinin həlli platformasına çevrilməsi mühüm imic və diplomatik əhəmiyyət kəsb edir”.

“Hraparak” Azərbaycanın Cənubi Qafqazda regional lider olduğunu etiraf edir və vurğulayır ki, ölkə bunun üçün lazımi addımları atır:

“Bu baxımdan, Moskva ilə Kiyev arasında danışıqlar platformasına çevrilməsi regional lider Əliyevin ideyalarına uyğun olacaq.

Rusiya üçün Azərbaycanın belə bir statusda olması ikitərəfli münasibətlər nöqteyi-nəzərindən sərfəlidir. Bakının heç bir hərbi-siyasi blokun üzvü olmaması ilə yanaşı, həm də Moskva üçün Cənubi Qafqazda etibarlı tərəfdaş və müttəfiqdir”.

Nəşr Ukraynanın da üstünlüyü Azərbaycana verəcəyini yazır:

“Kiyev üçün bir çox nüanslar nəzərə alınmaqla Bakı tərəzinin bir tərəfində, Ankara isə digər tərəfdə yerləşdirilsə, bəlkə də üstünlük Bakıya veriləcək. Ona görə də bu cür baxışları arenaya atmaqla, növbəti atılacaq addımlara hazırlaşmaq üçün əhval-ruhiyyəni yoxlamağa cəhd edilir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər