20 Sentyabr 18:28
460
12 Punto 14 Punto 16 Punto 18 Punto

1995-ci ildən bəri Azərbaycan iqtisadiyyatına 18,7 milyard dollar sərmayə qoyan ABŞ-nin hazırda respublikada 200-dən çox şirkəti fəaliyyət göstərir.

Teleqraf.com ABŞ-nin Bakıdakı səfirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu səfir Mark Libbi “Əsrin müqaviləsi”nin imzalanmasının 30-cu ildönümünə həsr olunmuş tədbirdə deyib.

Səfir qeyd edib ki, Azərbaycan və ABŞ arasında “yaşıl enerji” və dekarbonizasiya sahələrində əməkdaşlığın inkişafı üçün böyük potensial var.

“Mən COP29 iqlim konfransına ev sahibliyi edən tərəf kimi liderliyinə və “yaşıl enerji”yə keçidə sadiqliyinə görə Azərbaycana minnətdarlığımı bildirirəm. "Əsrin müqaviləsi"nin 30 illiyini qeyd edərkən, Azərbaycanın enerji tarixinin və ABŞ-Azərbaycan iqtisadi tərəfdaşlığının növbəti fəslində əldə edəcəyimiz yeni birgə nailiyyətləri səbirsizliklə gözləyirəm”, - M.Libbi bildirib.

Onun sözlərinə görə, Azərbaycan qlobal enerji keçidi mərhələsində olduğu üçün hökumət emissiyaların azaldılması ilə bağlı ümidverici öhdəliklər götürüb və ekoloji təmiz enerji ixracında regional lider olmaq üçün cəsarətli proqrama malikdir”, - diplomat vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər