19 Sentyabr 20:32
1 127
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və Böyük Britaniya oktyabra qədər Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını istəyir.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

“ABŞ və Britaniya sülh müqaviləsinin oktyabra qədər imzalanması istiqamətində fəallaşıb. Məncə, ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin rəsmisi Patrik Prior və Britaniya Məxfi Kəşfiyyat Xidmətinin rəhbəri Riçard Murun Bakıya səfəri əsasən bununla bağlıydı.

Vaşinqton və Londonun hədəfi Cənubi Qafqaz və Xəzər dənizi üzərindən Mərkəzi Asiyaya çıxış əldə etməkdir. Onların planına görə, bu məqsədlə Zəngəzur dəhlizi açılmalıdır. Nəzərdə tutulan beynəlxalq dəhliz İran və Rusiyadan yan keçməlidir. Zənnimcə, ABŞ və Britaniya bu məqsədə nail olmaq üçün Zəngəzur dəhlizinin açılması yönündə ciddi işləyir. İran bütün səylərinə baxmayaraq, dəhlizin açılmasına mane ola bilməyəcək. Bölgədə özünə yer etmək istəyən Fransa da heç nəyə nail ola bilməyəcək. ABŞ, xüsusən də əzəli rəqibi Britaniya onu bu projedə görmür”, - ekspert qeyd edib.

Əsədullazadənin fikrincə, təhlükəsiz dəhlizin açılması sülh müqaviləsinin imzalanmasından keçir, Azərbaycan da buna hazırdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər