19 Sentyabr 22:35
230
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Xankəndi şəhərinin Zəfər meydanında Konqres Mərkəzinin tikintisi ilə tanış olub.

Teleqraf.com xəbər verir ki, dövlətimizin başçısına görüləcək işlərlə bağlı məlumat verildi.

Bildirildi ki, mərkəzin binası dörd mərtəbədən və bir zirzəmi qatından ibarət olacaq. Buradakı hoteldə, ümumilikdə, 102 otaq inşa ediləcək. Otaqlardan 91-i standart, 4-ü suit, 4-ü isə “executive” qonaq otaqlarıdır. Digər 3 otaq isə sağlamlığı məhdud insanlar üçün nəzərdə tutulub.

Bundan başqa, mərkəzdə restoranlar, ölkə və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün ən müasir tələblərə uyğun şərait yaradılacaq.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Xankəndi şəhərinin Zəfər meydanında Konqres Mərkəzinin tikintisi ilə tanış olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər