19 Sentyabr 15:23
1 446
12 Punto 14 Punto 16 Punto 18 Punto

20 sentyabr Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək. Bu münasibətlə Ali Baş Komandan Prezident İlham Əliyev başda olmaqla, xalqımızı təbrik edirəm. Azərbaycanın son 200 illik tarixində bu, əlamətdar bir hadisədir. 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində separatizmə birdəflik son qoyuldu və bütün ölkə ərazisində konstitusiya quruluşu, suverenliyimiz bərpa edildi.

Bunu Teleqraf.com-a Yeni Azərbaycan Partiyasının təmsilçisi, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

O qeyd edib ki, Azərbaycan özünün ərazi bütövlüyü və suverenliyini tam təmin etdikdən sonra Ermənistana beynəlxalq hüququn normalarına uyğun sülh konsepsiyası təklif edib:

“Bütün bunlar 10 noyabr 2020-ci ildə (Azərbaycan, Rusiya və Ermənistan) imzalanmış üçtərəfli bəyanata əsaslanır. Həmin razılaşma ilə Ermənistan üzərinə öhdəliklər götürüb. Sülh prosesinə indiki halda əsas meneə Ermənistan Konstitusiyasında Azərbaycana qarşı olan əsassız ərazi iddialarıdır. Erməni tərəfi bu məsələləri aradan qaldırmalıdır”.

Siyavuş Novruzov Ermənistanın son vaxtlar Naxçıvan istiqamətində ardıcıl təşkil etdiyi hərbi təxribatlara da toxunub:

“Naxçıvan Ermənistanla uzun sərhəd xəttinə malikdir. Erməni tərəfi Naxçıvanla sərhəddə təxribat törətməklə başqa bir fikir formalaşdırmağa çalışır. Azərbaycanın bu təxribatlara layiqli cavabı fonunda Ermənistan guya onların ərazisinə hansısa iddianın olması ilə bağlı əsassız məsələləri gündəmə daşımaq niyyətləri var. Sözsüz ki, Naxçıvanda yerləşən Əlahiddə Ümumqoşun Hissəsi döyüşə hər an hazırdır. Ali Baş Komandanın istənilən tapşırığını Naxçıvandakı hərbi birləşmə yerinə yetirməyə qadirdir. Naxçıvanla İrəvan arasında məsəfə elə də böyük deyil. Ermənilər də bu məsələ ətrafında ajiotaj yaratmaqla digər əsassız iddiaları ortaya atırlar”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər