08:38
240
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin zooparkında işçilər itləri rəngləyərək onları panda kimi təqdim ediblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Britaniyanın "Daily Mail" qəzeti məlumat yayıb.

Zoopark işçiləri Çov-çov cinsindən olan itləri ağ-qara rəngə boyayıb onları panda kimi təqdim ediblər.

Ziyarətçilərin sözlərinə görə, itlər dillərini çıxarıb ağır nəfəs almağa başlayanda onlar bu heyvanların panda olmadığından şübhələniblər. Sorğu-sualdan sonra işçilər heyvanların rənglənmiş it olduqlarını etiraf ediblər.


Müəllif: Arzu

Oxşar xəbərlər