19 Sentyabr 21:57
245
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlon Mask Çeçenistan rəhbəri Ramzan Kadırova hədiyyə etdiyi "Tesla Cybertruck"u uzaqdan söndürüb.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Kadırov öz Telegram kanalında məlumat verib.

“İlon Mask çirkin bir şey etdi. Ürəkdən bahalı hədiyyələr verir, sonra uzaqdan söndürür. Yəqin ki, xatırlayırsız onun hədiyyəsi "Cybertruck"ı pulemyotla təchiz edib Şimal Hərbi Dairəsinə göndərmişdim”,- deyə o yazıb.

Çeçenistan rəhbərinin sözlərinə görə, avtomobil döyüş tapşırıqlarının öhdəsindən gəlib, ekipajın yaxşı müdafiəsi və manevr qabiliyyəti nümayiş etdirib, lakin bu yaxınlarda söndürülüb.


Müəllif: Arzu

Oxşar xəbərlər