20 Sentyabr 01:43
1 095
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Polşanın Krımın mülkiyyəti ilə bağlı təklifini qəti şəkildə rədd edərək, bu məsələ ilə bağlı müzakirələrin və kompromislərin yolverilməzliyini bəyan edib.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Ukraynanın ərazi bütövlüyü heç vaxt müzakirə və ya kompromis mövzusu olmayıb, ola da bilməz” - nazirlik vurğulayıb.

Qeyd edək ki, Polşanın xarici işlər naziri Radoslav Sikorski Kiyevdə keçirdiyi görüşdə Krımın statusu ilə bağlı “ədalətli referendumun hazırlanması” üçün Krımın BMT mandatı altına verilməsini təklif etmişdi.


Müəllif: Arzu

Oxşar xəbərlər