ABŞ-ın keçmiş prezidenti Donald Trampın həyat yoldaşı, amerikalı model və dizayner Melaniya Tramp çılpaq fotoları ilə fəxr etdiyini bildirib.
Teleqraf.com xəbər verir ki, bu barədə o, öz "Instagram" hesabında paylaşım edib.
Donald Trampın 54 yaşlı həyat yoldaşı ilk memuar kitabını nəşr etməyə hazırlaşır. Bunun fonunda o, gənclik illərində jurnallar üçün çəkdirdiyi çılpaq fotolardan danışıb.
“Mən niyə çılpaq model şəkillərim ilə fəxr etməyim? Tarix boyu rəssamlar dərin duyğu və heyranlıqla insan bədənini vəsf ediblər. Biz öz bədənimizə hörmət etməli və incəsənətdən özünüifadə vasitəsi kimi istifadə etmək kimi əbədi ənənəyə əməl etməliyik”, - deyə Melaniya qeyd edib.