20 Sentyabr 14:18
1 974
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın müxalif “Respublika Naminə” Partiyasının sədri Ruben Mehrabyan deyib.

Onun sözlərinə görə, Köçəryan keçmiş qondarma rejimin danışıqlarda “tərəf” kimi iştirakına qarşı çıxanda Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb.

“Ermənistanın indiki hökuməti sadəcə bu faktı təsdiqləyib”, - siyasətçi əlavə edib.

Partiya sədri separatçılar və Ermənistanın keçmiş rəhbərləri Serj Sərkisyan və Robert Köçəryanı Rusiyanın əlaltıları adlandırıb, onları ən rəzil şəkildə Moskvaya xidmətdə ittiham edib.

Mehrabyan vurğulayıb ki, keçmiş separatçı rejimin tör-töküntülərinin İrəvandakı fəaliyyətlərinə birdəfəlik son qoyulmalıdır:

“Samvel Şahramanyanın bütün “institusional imkanları” qanunla ləğv edilməli, siyasi meydandan uzaqlaşdırılmalı və Ermənistan cəmiyyətində parçalanmaya səbəb olan bəyanatlarına görə qanun qarşısında cavab verməlidir”.

Rusiyaya gəlincə, Mehrabyan iddia edir ki, Moskva Baş nazir Nikol Paşinyanı devirməyə çalışır: “Rusiyanın müdafiə və kəşfiyyat qurumlarının təlim mərkəzində Ermənistanda dövlət çevrilişi etmək üçün konkret maaşla konkret adamlar hazırlanır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər