20 Sentyabr 01:32
470
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidentliyinə namizəd Donald Trampın Polşa prezidenti Anjey Duda ilə Pensilvaniyada görüşü ləğv edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

"Donald Tramp və Polşa prezidenti Anjey Dudanın Pensilvaniya ştatında birgə çıxışı ləğv edilib", - məlumatda bildirib.

İclasın ləğv edilməsinin səbəbləri hələlik məlum deyil.

Qeyd olunur ki, Tramp üçün Pensilvaniya ştatında yaşayan təxminən 700 min Polşa əsilli amerikalının dəstəyi qarşıdan gələn prezident seçkilərində qələbə üçün həlledici ola bilər.


Müəllif: Arzu

Oxşar xəbərlər