20 Sentyabr 15:56
652
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün qlobal enerji bazarında etibarlı tərəfdaş olan Azərbaycan regional və beynəlxalq müstəvidə dayanıqlı inkişafa və enerji təhlükəsizliyinə töhfələr verir.

Teleqraf.com xəbər verir ki, bu barədə iqtisadiyyat naziri, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının sədri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Ümummilli Lider Heydər Əliyevin siyasi qətiyyəti sayəsində imzalanmış və dövlətimizin iqtisadi suverenliyini əks etdirən "Əsrin müqaviləsi"nin 30 ili tamam olur. Yatırılan sərmayələrin həcminə görə dünyanın ən iri sazişləri sırasına aid edilən bu müqavilə ilə ölkəmizin iqtisadi inkişafının, iqtisadiyyatın şaxələndirilməsinin təməli qoyulub. Bu müstəsna nailiyyətlərlə qürur duyuruq”, - nazir qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər