23 Sentyabr 16:10
2 993
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezidentin köməkçisi Hikmət Hacıyevin “Sülh həm də xalqlar arasında imzalanmalıdır” - fikri reallığa uyğundur. Azərbaycan tərəfindən səslənən bəyanatlara erməni tərəfi diqqətlə yanaşmalıdır. Siyasi hakimiyyətin imzaladığı sənədlərin legitimliyi üçün xalqın referendum yolu ilə ona mövqeyini ifadə etməsi önəmlidir. Bununla da Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh sənədinin növbəti siyasi hakimiyyətlərin şərh etməsinin qarşısı alınmış olur.

Bunu Teleqraf.com-a politoloq Zaur Məmmədov deyib.

O qeyd edib ki, Ermənistan hakimiyyətinin imzaladığı sənədə erməni xalqının referendum vasitəsi ilə mövqeyini ifadə etməsi sülh müqaviləsinin fundamentallığı üçün əsas şərtdir:

“2020-ci ildə imzalanmış üçtərəfli bəyanata dair Ermənistan daxilində müxtəlif yanaşamlar var. Müxalif dairələr bu bəyanata imza atmış baş nazir Nikol Paşinyanın imzasını tanımadıqlarını deyir. Hətta Ermnənistan hakimiyyətinin özü belə üçtərəfli razılaşmanı fərqli şəkildə şərh etməyə çalışır”.

Politoloqa görə, gələcəkdə Ermənistan tərəfindən spekuliyasiyaların qarşısının alınması üçün referendumun keçirilməsi vacibdir:

“Erməni xalqı referendum gedərək Azərbaycana qarşı ərazi iddiası ilə bağlı məsələyə aydınlıq gətirməlidir. Ölkəmizə qarşı ərazi iddiasının olub olmaması Ermənistan konstitusiyası ilə təsbit edilməlidir. Bu, Azərbaycana qarşı Ermənistan tərəfindən ərazi iddiasının olmamasının hüququ təsbitidir”.

Zaur Məmmədov bildirib ki, məhz bundan sonra Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalana bilər:

“Paşinyanın indiki halda razılaşdırılmamış sülh müddəaları fonunda sülh sənədini imzalamaqla bağlı bəyanatları qeyri-ciddidir. Sülh müqaviləsinin razılaşdırılmış 13 bəndi əsasında razılaşma əldə etmək mümkün deyil. Bütün müddəalar, o cümlədən Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılmalıdır. Amma sülh müqaviləsindən öncə sənədin paraflanmış bir variantı və yaxud bəyanat əldə edilə bilər. Dayanıqlı sülh müqaviləsi üçün isə Azərbaycanın konkret şərtləri var”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər