Ukrayna hakimiyyəti daha realist olmalı və münaqişə zamanı bəzi ərazilərin itirilməsini qəbul etməlidir.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bunu Çexiya prezidenti Petr Pavel deyib.
“Ukrayna daha realist olmalıdır. Münaqişənin ən çox ehtimal olunan nəticəsi bəzi ərazilərin Rusiyanın nəzarətində qalması olacaq”, - Çexiya lideri qeyd edib.
Eyni zamanda, Pavel vurğulayıb ki, indi Kiyev və onun tərəfdarlarının “reallıqla üzləşməli və buna uyğun qərarlar qəbul etməli” məqam yetişib .