24 Sentyabr 10:10
413
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Ermənistanla normallaşma gündəliyinin təməlini qoyub.

Teleqraf.com xəbər verir ki, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində BMT-nin baş qərargahında təşkil olunan “Gələcəyin Sammiti”ndə çıxışı zamanı deyib.

"Azərbaycan Ermənistanla postmünaqişə dövründə tam şəkildə bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı tanınması və hörmət edilməsinə əsaslanan normallaşma gündəliyinin təməlini qoyub", - deyə C. Bayramov vurğulayıb.

Nazir qeyd edib ki, Azərbaycan BMT Nizamnaməsi ilə qorunan suverenlik və ərazi bütövlüyü kimi hüquqlarını bərpa edərək yeni dövrə qədəm qoyub.

“Biz ikitərəfli danışıqlar vasitəsilə əldə edilmiş irəliləyişi əsas götürərək, yerdə qalan əngəlləri aradan qaldırmaq üçün təcili addımlar atmağa çağırır, lazımi siyasi iradənin və məsuliyyətin nümayiş etdirilməsinin vacibliyini vurğulayırıq”,- deyə o bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər