24 Sentyabr 14:35
705
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın 30 illik işğal dövründə Azərbaycana vurduğu maddi-mənəvi və digər zərərlərin təzminatı məsələsi araşdırılır. Azərbaycan bununla bağlı hüquqi əsasda iddialar qaldırıb. Enerji xartiyası və biomüxtəlifliklə bağlı konvensiya çərçivəsində Azərbaycan hüquqi iddialarını ortaya qoyub.

Bunu Teleqraf.com-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

O qeyd edib ki, Ermənistanın Azərbaycana vurduğu zərərlərə görə Beynəlxalq Ədalət Məhkəməsində iddialar qaldırılmalıdır: “Burada Ermənistanın razılığı məsələsi var. Təbii ki, qarşı tərəf buna razı olmayacaq. Digər bir yol BMT Təhlükəsizlik Şurasının qərarıdır ki, burada da Fransa və yaxud ABŞ əngəl olacaq. Bununla yanaşı İnsan Hüquqları üzrə Avropa Məhkəməsində bu məsələni qaldırmaq olar. Burada artıq Azərbycan Ermənistana qarşı iddiasını irəli sürüb. Amma bu instansiyada məsələlərə daha çox insan hüquqları çərçivəsində baxılır”.

Mərkəz sədri hesab edir ki, bu məsələ ilə bağlı beynəlxalq səviyyəli hüquqşunaslar da öz mövqeyini ifadə etməlidir: “Eyni zamanda bununla bağlı beynəlxalq hüquq təşkilatları ilə iş aparılmalıdır. Çünki bu, çox qəliz və mürəkkəb bir prosedir. Ermənistanın Azərbaycana qarşı bu qədər ziyan vurmasına baxmayaraq bu ölkənin havadarları prosesə mümkün qədər maneə olacaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər