Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində estoniyalı həmkarı Marqus Tsaxkna ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyiməlumat yayıb.
Görüş zamanı diplomatlar ikitərəfli və çoxtərəfli əməkdaşlığın daha da inkişafı üçün yüksəksəviyyəli qarşılıqlı səfərlərin və davamlı siyasi dialoqun əhəmiyyəti vurğulayıblar.
Nazir Ceyhun Bayramov estoniyalı həmkarını Azərbaycan-Ermənistan normallaşma prosesi ilə bağlı perspektivlər və çağırışlar barədə məlumatlandırıb.