21 Oktyabr 14:43
1 235
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fətullah Gülənin ölümü yeni mövzular gündəmə gətirəcək. Aydındır ki, örgütün liderinin Türkiyədə dəfn olunması mümkün deyil. Böyük ehtimalla onu yaşadığı ABŞ-ın Pensilvaniya ştatının və ya başqa ştatın müsəlman qəbiristanlığında basdıracaqlar.

Teleqraf.com xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu sosial şəbəkədə yazıb.

Onun sözlərinə görə, ikinci məsələ örgütün fəaliyyətinin hansı şəkildə davam etdirəcəyi ilə bağlıdır:

"Fətullah Gülən ağır xəstəliyi səbəbilə varisini əvvəlcədən seçməmiş deyil. Həmin varis ya onun qohumlarından, ya da Pensilvaniyadakı yaxın ətrafından biri olacaq. Həmin varis şəbəkəni ayaqda saxlamağa və topladıqları milyardlarla dolları idarə etməyə çalışacaq. Həmin varis FETÖ içində Gülən qədər populyar olmacayağından örgütdə fikir ixtilafının dərinləşməsi istisna deyil. Türkiyənin müvafiq strukturları Gülənin ölümündən sonra ümumiyyətlə, örgütü çökdürməyə çalışacaqlar. Asan olmayacaq. Çünki örgütün ABŞ, Avropa, hətta Afrikada müxtəlif mərkəzləri fəaliyyət göstərir ki, hamısı gəlir gətirir".

Qeyd edək ki, Fətullahçı Terror Təşkilatının (FETÖ) başçısı, terrorçu Fətullah Gülən Türkiyədən qaçaraq uzun illər sığındığı ABŞ-da dünyasını dəyişib.

Bundan əlavə olaraq, FETÖ başçısı Fətullahın ölüm xəbərini təşkilata yaxın saytlar və qardaşı oğlu yayıb. Bildirilib ki, o, oktyabrın 20-də axşam saatlarında ölüb.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər