Yüngül diz ağrıları əslində ciddi ayaq problemlərinin xəbərçisidir. Xüsusilə idmançılarda diz qabaqları həddindən artıq yüklənir. Bu yüklənmə diz qapağının altındakı qığırdaq və sümükdə normadan artıq gərginlik yaradır və ağrıya səbəb olur. Lakin belə halların yaşanması üçün idmançı olmağınız zəruri deyil.
Teleqraf.com xəbər verir ki, Belə ağrılar evdar qadınlardan tutmuş, ofis işində işləyən hər kəsdə müşahidə olunur. Xəstələr pilləkənlərlə qalxarkən əyilir və uzun müddət əyilmiş halda dayanarkən ağrı hiss edirlər. Eyni zamanda yanlış ayaqqabı seçimi diz ağrılarına səbəb ola bilər.
Əgər belə ağrılarınız varsa, qeyd edilən formada dayanmağı tərgidin və ağrı kəsici qəbul edib, dincəlin. Ağrı bir neçə gün sonra keçmədiyi halda həkimə müraciət edin.
Diz ağrısının qarşısını almaq üçün gündəlik həyat tərzinizə diqqət edin. Artıq çəki dizə düşən yükün miqdarını artırır. Mütəmadi olaraq idman hərəkətləri edin. Məşq intensivliyini birdən-birə artırmayın. Dizinizə həddindən artıq gərginlik gətirən məşqlərdən çəkinin.