Son zamanlarda koronavirusun ağciyərlərlə yanaşı böyrəklərə təsiri haqqında məlumatlar yayılıb.
Teleqraf.com xəbər verir ki, virusa yoluxub xəstəxanaya yerləşdirilən və vəziyyəti ağır olan xəstələrin təxminən yarısının böyrəklərində müxtəlif dərəcəli zədələnmələr aşkarlanıb.
Cons Hopkins Universitetinin Nefrologiya mütəxəssislərinin fikrincə, COVID-19-a ağır yoluxan bir çox xəstədə yüksək təzyiq və şəkərli diabet daxil olmaqla xroniki xəstəliklər böyrək zədələnməsi hallarını artırır.
Aparılan araşdırmalara görə, xəstəliyi ağır keçirən 100 xəstənin 25-də böyrək çatışmazlığı var.